Bu il Azərbaycanda 3346 zəlzələ qeydə alınıb.
Mia.az-ın məlumatına görə, bu, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində il ərzində aparılan elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair Mərkəzin şöbələri üzrə hesabatların təqdimatı ilə bağlı iclasda açıqlanıb.
İclasda il ərzində Azərbaycanda qeydə alınan zəlzələlər, respublika ərazisinin seysmik baxımdan aktivliyi, zəlzələ ocaqlarının vəziyyəti və digər məsələlərə dair illik nəticələr açıqlanıb.
İl ərzində Respublika Seysmoloji Xidmət Mərkəzinin 35 seysmik stansiyası vasitəsi ilə 7 min zəlzələ qeydə alınıb. Bu zəlzələlərdən 4 minə yaxını Azərbaycan və bitişik ərazilərdə, 3 mini uzaq ərazilərdə baş verib. Azərbaycan ərazisində baş verən 3346 zəlzələdən 17-i hiss edilən olub. Ölkə ərazisində ən yüksək maqnitudalı zəlzələ iyun ayında Zaqatala-Balakən zonasında 5,5 maqnitudalı olub. Zəlzələ episentrdə 6 bal, ətraf ərazilərdə 3-4 bal gücündə hiss edilib.