Dövlət Gömrük  Komitəsi sərhəddən keçən şəxslərin rüsum ödəmədən nə qədər mal-məhsul keçirə biləcəkləri haqda video-çarx yayıb.

Mia.az-ın DGK-ya istinadən məlumatına görə, videoda bildirilib ki, videoda 18 yaşına çatmış hər bir fiziki şəxs gömrük sərhədindən keçərkən Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 305 saylı "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın təsdiq edilməsi barədə qararına yaxından bələd olarsa vaxt itkisinə yol verməz.

Həmin maarifləndirici video-çarxı təqdim edirik: