Bu günədək birdəfəlik ödəmənin verilməsinə dair qərarçıxarılan vərəsələrin sayı açıqlanıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirilib.
F.Talıbov bildirib ki, indiyə olan məlumata görə, 1223 şəhid hərbi qulluqçu üzrə 1509 vərəsəyə 11 min manat məbləğində ödəmənin verilməsi barədə qərarlar qəbul olunub. Şöbə müdirinin sözlərinə görə, ödənişlərin verilməsi prosesi davam edir.
Nazirlik rəsmisi həmçinin, narazı vərəsələrin şikayətlərinə baxıldığını bildirib:
"Şikayətlər üzrə fərdi qaydada araşdırma aparılır və şikayətçilərə məlumatlar verilir”.