Ermənistan Müdafiə Nazirliyinin tərkibindəki Hərbi Polisin əməkdaşlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Qəza İrəvan-Sevan-İcevan avtomobil yolunun 103-cü kilometrliyində baş verib.
Hərbi polisin idarəetməni itirməsi nəticəsində "Mercedes” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq çaya düşüb.
Nəticədə 3 nəfər ağır xəsarət alıb.
Qeyd edək ki, qəza nəticəsində yaralanan şəxslər Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin əməkdaşlarıdır.
Hadisə ilə bağlı araşdırma aparılır.