Bu gün Avropa Liqasının V tur matçında "Qarabağ" Portuqaliyanın "Sportinq" ilə Bakıda qarşılaşıb.
Mia.az xəbər verir ki, Qurban Qurbanovun komandası oyundan böyük hesabla məğlub ayrılıb.
Belə ki, 4-cü dəqiqədə rəqib komandanın oyunçusu Dost hesabı açıb: 0:1.
14-cü dəqiqədə Abdullah Zubir hesabı bərabərləşdirib: 1-1.
20-ci dəqiqədə Fernandes "Sportinq"i irəli çıxarıb: 1-2.
33-cü dəqiqədə Nanni fərqi 2 topa çatdırıb: 1-3.
"Qarabağ" matçın 64-cü dəqiqəsində Diabinin qolu ilə 4-cü qolu buraxıb: 1-4.
"Sportinq" görüşün 75-ci dəqiqəsində Fernandesin qolu ilə 5-ci topu vurdu: 1-5.
Diabi 81-ci dəqiqədə komandasının 6-cı qoluna imza atdı: 1-6.