"Qalatasaray" UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda Moskvanın "Lokomotiv" klubu ilə qarşılaşmadan məğlub ayrılıb.
Mia.az bildirir ki, Moskvanın "RJD Arena" stadionunda baş tutan qarşılaşmada hesab ilk hissənin 43-cü dəqiqəsində açılıb.
"Dəmiryolçu"ların yarımmüdafiəçisi Qjeqoj Krıxovyak topu qapıdan keçirib. İkinci hissənin əvvəllərində Vladislav İqnatyev hesabı 2:0-a çatdırıb.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Beləliklə, İstanbul klubu pley-offa yüksəlmək şansını itirib. "Lokomotiv" isə 3 xal qazanaraq qrupda 4-cü yeri tutub.