AFFA İntizam Komitəsi I Divizionun komandalarını cərimə edib.
Mia.az AFFA-ya istinadən bildirir ki, MOİK və "Neftçi-2" komandaları arasındakı qarşıdurmaya görə hər iki komanda 240 manat cərimələnib.
Komitə, eyni zamanda, "Qarabağ-2"nin "Zaqatala" ilə görüşdə geyimindəki nöqsanlara görə oyunun 5 dəqiqə gec başlamasına görə, Ağdam komandasını 240 manat cərimə edib.