Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanda səfərdədir.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan nümayəndə heyəti noyabrın 27-dən 30-dək Karaçi şəhərində keçiriləcək "İDEAS-2018” 10-cu beynəlxalq müdafiə sərgisi və seminarında iştirak edəcək.