Gürcüstan paytaxtı Tbilisi şəhərinin mərkəzində yerləşən "Meydan” restoranı yaxınlığında atışma olub.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, ötən gecə baş verən insident zamanı 2 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin Gürcüstan Prezidentinin kürəkəninin dostu Tornike Kaçaravanın qardaşı olduğu bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. İnsidentin detalları barədə əlavə məlumat verilmir.