Gənclər və idman naziri Azad Rəhimov noyabrın 23-də Göyçayda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab, şəhər və rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar yuxarıda qeyd olunan rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.