Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin hücuma məruz qalması cinayət hadisəsidir.

Mia.az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin sağlamlığına ciddi xəsarət yetirilib:

"Hazırda o, xəstəxanadadır. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir. Baş verənlər cinayət hadisəsidir. Cinayətin araşdırılması ilə hüquq-mühafizə orqanları məşğuldur. Biz baş verən hadisəni qınaya bilərik".

Qeyd edək ki, dünən Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin aktyor Rza Rzayev tərəfindən döyülməsi barədə məlumatlar yayılıb.