Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) noyabrın 20-də mənşəyi məlum olmayan, insan orqanizmi üçün zərərli, istehlaka yararsız 2.5 ton heyvan cəmdəyini məhv edib.
AQTA-dan Mia.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantılar Poliqonunda keçirilən malların məhvolma prosesində bir sıra media nümayəndələri də iştirak ediblər.