Kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 17-də, saat 11:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçirməli olduğu vətəndaş qəbulunun vaxtı noyabrın 24-nə dəyişdirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Mia.az-a verilən məlumata görə, qəbulda Tərtərlə yanaşı, Bərdə, Ağcabədi, Ağdam və Laçın rayonlarının sakinləri də iştirak edə bilərlər.

Görüşdə iştirak etmək üçün Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət etmək olar.

Qəbula yazılmaq üçün həmçinin Nazirliyin "Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək mümkündür.