Samux rayonunda elektrik yarımstansiyasında baş verən partlayış zamanı xəsarət alanlardan birinin adı məlum olub.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov müxtəlif dərəcəli  yanıq xəsarətləri alıb.

Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

***

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.

"Report"un Qərb bürosu xəbər verir ki, partlayış zamanı xəsarət alanlar var. 

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.