Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb.
Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, komanda-qərargah hərb oyunlarının ssenarisinə uyğun olaraq tam döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün Naxçıvan Qarnizonu qoşunlarının idarəetmə məntəqələri və praktiki fəaliyyətə cəlb edilən bölmələri "Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.
Təyin edilmiş ərazilərdə birləşmə və hissələrin səfərbərliklə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikaların qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.
Birləşmə və hissələrin idarəetməsini həyata keçirmək üçün ərazidə idarəetmə məntəqələri açılıb.

