Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları çərçivəsində Türkiyənin "Fənərbaxça" komandası Belçikanın "Anderlext" komandasını qəbul edib.
Mia.az bildirir ki, oyun türklərin qələbəsi ilə başa çatıb.
Belə ki, 71-də Alev, 74-cü dəqiqədə isə Frey "Fənərbaxça"nın qollarına imza atıblar. Bu qələbə sayəsində xalını 7-yə çatdıran "Fənərbaxça" qrupda 2-ci pilləyə yüksəlib.
Onu da qeyd edək ki, bu gün E qrupunda "Qarabağ” ""Vorskla" ilə, "Arsenal” isə "Sportinq”lə üz-üzə gələcək.