"Ölkədə yol hərəkəti təhlükəsizliyinə cavabdeh olan məmurlardan biri villasını piyada səkisinin üstündə tikdirib. Bu, "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sədri Saleh Məmmədovdur”.
Cebhe.info xəbər verir ki, bu iddia ilə yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı çıxış edib.
E.Muradlı deyib ki, orta məktəbin yanında tikilən villa 4 metrlik səkinin zəbt edilməsinə, nəticədə piyadaların 70 sm enində olan yerdən keçməsinə səbəb olub:
"Hətta, hörmətli məmurumuz Xanlar küçəsində yerlləşən villasına görə küçəni təmir də etdirib. Amma yol yalnız onun villasına qədər təmir edilib, asfatlanıb. Yolun qalan hissəsi isə çala-çuxurdur”.