Sabahdan, hər gün saat 8:20-dən saat 17:00-a qədər, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət qoyulacaq.

Mia.az xəbər verir ki, ASC-nin yaydığı məlumata görə, məhdudiyyət tətbiq edilməsində məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.