Prezident İlham Əliyev "Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Dövlət Turizm Agentliyinə üç ay müddətində "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin siyahıya alınmasını və vahid məlumat bazasının yaradılmasını təmin etmək, Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin uzunmüddətli qorunması, konservasiyası, bərpası və məqsədyönlü istifadəsi ilə bağlı konsepsiyanın layihəsini hazırlayıb, Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.