Türkiyə Kuboku uğrunda "Batman Petrolspor"la "Kasımpaşa" arasında keçirilən oyun final fitinə dəqiqələr qalmış dayandırılıb.
Mia.az Türkiyə mətbuatına istnadən xəbər verir ki, matç 2-3 qonaqların xeyrinə davam edərkən, daha dəqiqi, oyunun əsas vaxtının 1-ci dəqiqəsində ev sahiblərinin azarkeşləri "Kasımpaşa"nın oyunçusu Fode Koitanun üz nahiyəsinə su butulkası atıb. Nəticədə oyunçu xəstəxanaya aparılıb.
Bundan sonra oyunun baş hakimi Özgür Yankaya oyunu təxirə salıb.
Bu hadisədən sonra ev sahiblərinə 0-3 texniki məğlubiyyətin veriləcəyi gözlənilir.