Bu gün Türkiyə Super liqasında ın "Qalatasaray” səfərdə "Yeni Malatyaspor”la qarşılaşıb.

Mia.az xəbər verir ki,  7 əsas oyunçusu zədəli olan "Aslan"lar oyunda məğlub olublar - 2:0.

Oyunda hesabı 35-ci dəqiqədə Mitçell Donald penaltidən açıb.  "Yeni Malatyaspor” 66-cı dəqiqədə hesab arasındakı fərqi ikiyə çatdırıb. Bu dəfə Adem Büyük penalti zərbəsini dəqiq yerinə yetirib.

"Qalatasaray"la yanaşı, bu gün "Fənərbaxça"da uduzub. Fənərlilər evində "Ankaragücü"nə 1-3 hesabı ilə uduzub. Oyunda ilk hesabı qonaq komanda açıb. Fati 35-ci dəqiqədə "Fənərbaxça"nı cəzalandırıb. 75-ci dəqiqədə isə Özgen hesabı 2-yə çatdırıb. Bundan 2 dəqiqə sonra isə Əl-Qabiri 3-cü qolu vyrub.

"Fənərbaxça" bu qollardan yalnız birinin əvəzini çıxıb. 89-cu dəqiqəd Frey fərqi azaldıb - 1:3.

Onu da qeyd edək ki, "Fənərbaxça"da Slimani 71-ci dəqiqədə qırmız kart alaraq meydandan qovulub.