Badamdar şossesində baş verən sürüşmə zonasında dəyişiklik qeydə alınmayıb.
Bu barədə Mia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumatda deyilir.
Məlumata görə, sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib. Son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb.