Azərbaycan qadın voleybolçulardan ibarət millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.
Bu barədə Mia.az-a Azərbaycan Voleybol Federasiyasının (AVF) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub.
O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi davam etdirəcək.
F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub.