"Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev  Sumqayıt Qaz İstismar Sahəsinin rəisi Namiq Tarverdiyevi vəzifəsindən azad edib.

Mia.az sumqayitxeber.com-a istinadən xəbər verir ki, hələlik onun yerinə təyinat olmayıb.

Sayt xatırladıb ki, Namiq Tarverdiyev bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu. O, bundan öncə Yevlax rayon Qaz İstismarı Sahəsinin və Xəzər rayon Qaz İstismar Sahəsinin rəis əvəzi işləyib.