"Qarabağ" futbol klubu azarkeşlərinə müraciət edib.

Mia.az kluba istinadən xəbər verir ki, müraciətdə bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qarabağ" - "Arsenal" oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapıları oyunun başlamasından 3 saat öncə - saat 17:55-də açılacağə bildirilib:

"Azarkeşlərdən tribunada yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlməsi xahiş olunur".