Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təsərrüfat strukturları gücləndirilmiş iş rejiminə keçib.
Bakı Şəhər İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, buna səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava ilə bağlı xəbərdarlığı olub.
İcra Hakimiyyətindən bildirilib ki, yarana biləcək fəsadların qarşısının alınması üçün rəhbərliyin göstərişilə hazırlıq görülür.
Xatırladaq ki, ESTN Bakıda və Abşeron yarımadasında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyi əsəcəyi, ara-bir yağış yağacağı, havanın temperaturunun 5-8 dərəcə aşağı enəcəyi haqda xəbər yayıb.