Dövlət İmtahan Mərkəzində (DİM) oktyabrın 6-da növbəti SAT imtahanı keçiriləcək.
Mia.az DİM-ə istinadən bildirir ki, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar.
İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq.
İmtahanın müddəti 3 saat 45 dəqiqədir.