Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində yaralanan sərnişinlərdən 12 nəfəri hazırda Sabunçu rayonundakı 3 nömrəli şəhər klinik xəstəxanasında müalicə alır və onlardan beşi reanimasiya şöbəsindədir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, yaralılardan dörd nəfərinin müalicəsi Kliniki Tibbi Mərkəzdə, iki nəfərinin müalicəsi isə Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda davam etdirilir.