Azərbaycanda bəzi siqaretlərin qiyməti qalxıb.

Mia.az xəbər verir ki, günortadan başlayaraq, bir çox marketlərdə siqaretlərin qiyməti 10-30 qəpik arası bahalaşdırılıb.

Belə ki, daha çox alınan nazik "Kent" siqareti 2.50 manatdan 2.80-ə,  "Winston" isə 2.30-dan 2.50-yə qaldırılıb. Hələlik LD və digər bu kimi siqaretlərin qiyməti dəyişməyib. 

Amma satıcılar deyib ki, digər siqaretlərin qiyməti də sabahdan bahalaşa bilər: "Hələlik bizə bu barədə firmadan bir söz deyilməyib. Onlar bizə sabah yeni qiymətləri verəcəklərini deyiblər".