Bakının Nizami rayonundakı Babək prospektində hərəkət məhdudlaşdırılır.

Mia.az  Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir işləri ilə bağlı olaraq sentyabrın 29-dan 30-na keçən gecədən etibarən və prospekt boyunca məhdudlaşdırma hissə-hissə tətbiq ediləcək.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyib və sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.