Şəkidə qəzaya düşən "Chevrolet” markalı avtomobili əslən Balakəndən olan və hazırda Rusiya Fedarasiyası Dağıstan Respublikasında yaşayan Samir Balakişiyev idarə edib.

"Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, qəzadan sonra sürücü Samir Balakişiyev yüngül xəsarət alsa da, onun həyat yoldaşı 1969-cu il təvəllüdlü Lali Baiyevna Balakişiyeva aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin, sürücünün qardaşı oğlu 1980-cı il təvəllüdlü İmran Ənvərbəy oğlu Balakişiyev Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. "Report”un əldə etdiyi məlumata görə, qəzaya düşən yaxın qohumlar Rusiyadan Balakən rayonu Katex kəndində yaşayan qohumlarının toyuna gəlirlərmiş.