Sabunçu polisi daxil olmuş məlumat əsasənda Nardaran qəsəbəsində həyətdə basdırılmış silah-sursatı aşkarlayıb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Sabunçu rayon Polis idarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Fəxrəddin Əlxasovun həyətindən torpağa basdırılmış, lüləsi və qundağı kəsilmiş "TOZ-8” markalı tüfəng aşkar olunaraq götürülüb.