Türkiyə Super Liqasının 6-cı turundan "Qalatasaray" səfərdə "Akhisarspor"a böyük hesabla məğlub olub.

Mia.az bildirir ki, oyun 3-0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. 

Oyunda qolları 51-ci dəqiqədə Manu, 80-də penaltidən Vural, 84-də isə Mustafa Yumlu vurub.

"Qalatasaray" 42-ci dəqiqədə penaltini qola çevirə bilməyib. Belə ki, Rodriqesin zərbəsi dəqiq olmayıb.

Bununla da "Qalatasaray" liderlik kürsüsündəki mövqeyini itirib.

Onu da qeyd edək ki, sabah "Fənərbaxça" ilə "Beşiktaş" derbisi olacaq.