Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Xaçmaz rayonu ərazisində növbəti reyd keçiriblər.
Mia.az ETSN-ə istinadən xəbər verir ki, reyd zamanı rayonun Şollar kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexində 10,82 kubmetr həcmində palıd, ağcaqayın, qovaqcinsli girdə içlik və çəkilmiş taxta materialı aşkarlanıb: "Faktla bağlı sexin icarədarı Tacəddin Məsimov barəsində akt tərtib olunub və ona 1946,58 manat məbləğində ziyan tətbiq edilib".