Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov yeni vəzifəyə təyinat alıb.
R.Mahmudov Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi təyin olunub. R.Mahmudov Modern.az-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, bu gündən vəzifəsinin icrasına başlayıb.
Rəşad Mahmudov 18 yanvar 1974-cü ildəAstara rayonundaanadan olub. 1980-1991-ci illərdəAstara rayonundakıSəməd Vurğunadına orta məktəbi bitirib.
1991-1997-ci illərdəTürkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil alıb.
1997-2003-cü illərdəTürkiyə RespublikasındakıEge Universitetininürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsilini davam etdirib.
2003-cü ildəTürkiyə RespublikasındakıEge Universitetində Uzmanlıq Diplomu müdafiə edib.
2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi, 2015-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək tibb üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.