Son Çempionlar Liqasının qalibi "Bavariya" klubu növbəti yoxlama oyununu keçirib. Dördüncü hazırlıq matçında Münhen təmsilçisi bir vaxtlar Pep Qvardiolanın da futbolçu olaraq forma geyindiyi "Breşia" ilə qarşılaşıb.

Oyun "Bavariya"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, klubun yeni çalışdırıcısı Pep Qvardiola komandası ilə birgə ardıcıl dördüncü qələbəsini qazanıb.

Qeyd edək ki, bundan əvvəl "Bavariya" "Videnau"nu 15:1, "Reqena"nı 9:1, "Paulaner Drim"i isə 13:0 hesabı ilə darmadağın etmişdi.