Braziliyada dəhzət: futbolçu və hakim öldürüldü
Braziliya futbolunda dəhşətli cinayət hadisəsi baş verib. Futbol matçında futbolçu və hakim öldürülüb.
Hadisə iyunun 30-da Maranhao ştatının ?Pius XII? stadionunda keçirilən həvəskarlar liqası matçında baş verib. Oyunun gedişində 20 yaşlı hakim Oktaviyo Cordan 31 yaşlı futbolçu Josenir Abreuya qırmızı vərəqə göstərib. Özündən çıxan oyunçu söyərək hakimin üzərinə hücum çəkib. Bu zaman hakim üstündə olan bıçaqla onu bir neçə yerdən yaralayıb.
Abreu xəstəxanaya aparılıb. Onun qohumları və azarkeşlər hakimi əsir götürərək işgəncə verməyə başlayıb. Bıçaqlanan futbolçu xəstəxanaya çatmadan keçinib. Bu xəbəri alan onun qohumları və azarkeşlər isə hakimi daş-qalaq edərək öldürüb.
Artıq Braziliya polisi araşdırmalara başlayıb. 3 nəfər həbs olunub. Həbs edilənlərin sayının artması gözlənilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11