Bu gün futbol üzrə UEFA Avropa Liqasının I təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək. Bakının "İnter" klubu turnirdə ilk oyununa çıxacaq. Kaxaber Sxadadzenin komandası Finlandiyanın "Mariehamn" klubunu qəbul edəcək. Cütün aşkar favoriti məlum olmasa da, təmsilçimizin dogma meydanda uğur qazanacağına ümidlər çoxdur. Qarşılaşma "Bayıl Arena" stadionunda saat 21:00-da start götürəcək. Oyunu litvalı hakim Serqeyus Sliva idarə edəcək. Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 11-də keçiriləcək.