"Trabzonspor"la müqaviləsini ləğv edən Xəlil Altıntopun yeni komandası məlum olub. Artıq türk oyunçu yeni mövsmüdən Almaniya bundesliqasında forma geyəcək. Altıntop "Auqsburq" klubu ilə iki illik müqavilə imzalayıb. Qeyd edək ki, X.Altıntop 2011-ci ildə "Trabzonspor"a transfer olunub. Müqaviləsinin müddətinin bitməsinə bir il qalmış qarşılıqlı razılaşma ilə klubdan ayrılıb. X.Altıntop ?Trabzonspor?a qədər Almaniyanın ?Vettenşeid 09?, ?Kayzerslautern?, ?Şalke? və ?Ayntraxt? klublarında oynayıb. Xatırladaq ki, X.Altıntopun əkiz qardaşı Həmid Altıntop da "Qalatasaray"da çıxış edir.