Kasilyas: "Dieqo Lopez əsas heyətdə oynamağa layiqdir"
"Real"ın qapıçısı İker Kasilyas Joze Mourinyo tərəfindən kluba transfer olunan Dieqo Lopez haqqında müsbət fikirlər səsləndirib. O, "Marca"ya açıqlamasında Lopezin son mövsümdə çox yaxşı oyun sərgilədiyini deyib:
"Lopez çox yaxşı təsir bağışladı. Parlaq bir mövsüm keçirdi və əsas heyətdə oynamağa layiqdir". Kasilyas ayrıca ispan qolkiperin yaxşı qapıçı ilə yanaşı, yaxşı insan olduğunu da bildirib.
Qeyd edək ki, Kasilyas son mövsümün yanvar ayında əlindən zədələndiyi üçün daha sonra isə klubun sabiq çalışdırıcı Joze Mourinyo ilə problemlər səbəbindən Madrid klubunda forma geyinə bilməyib. Lakin yeni mövsümdən onun yenidən start heyətdə meydana çıxacağı gözlənilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11