Azərbaycan Kubokunun finalçısı kimi Avropa Liqasına vəsiqə qazanan ?Xəzər Lənkəran? turnir üçün ilkin iştirak ərizəsini UEFA-ya təqdim edib. Məlumata görə, siyahıda 24 futbolçu yer alıb. İştirak ərizəsinə yeni transferlər ? Duqlas Leyte, Rasim Ramaldanov, Zohair Benuahi, Junior Nildo, Nikola Qliqorov və Pərdis Fərcad-Azadın adı da salınıb. Bu arada o da bəlli olub ki, Almaniyada təlim-məşq toplanışında olan ?Xəzər Lənkəran?ın yoldaşlıq oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib. Təmsilçimiz Almaniyanın II Bundesliqa klubu ?İnqolştad?la qarşılaşacaq. Oyun iyunun 29-da baş tutacaq. Bir gün sonra isə ?Xəzər Lənkəran? ?Ausburq?un ikinci komandası ilə qarşılaşacaq. Qeyd edək ki, ?İnqolştad? Almaniyanın II Bundesliqasında çıxış edir. Komanda 2012/13 mövsümündə 13-cü pilləni tutub.