UEFA Superkuboku: "Bavariya" - "çelsi"-nun biletləri satıza çıxarıldı
UEFA Superkuboku çərçivəsində keçiriləcək "Bavariya" - "Çelsi" matçının biletləri satışa çıxarılıb. UEFA-nın rəsmi saytında verilən məlumata görə, bilet satışı iyulun 5-i, Bakı vaxtı ilə saat 15:00-a qədər davam edəcək.
Biletlərin qiyməti 3 kateqoriya üzrə qruplaşdırılıb. I kateqoriyada biletlərin qiyməti 130 avro, II kateqoriyada 90 avro, III kateqoriyada isə 50 avrodur.
Çexiyanın paytaxtı Praqada keçiriləcək matçın biletləri yerli sakinlər üçün 8 avro, Avropanın digər şəhərlərindən gələnlər üçün 20 avro, qitədən kənar ölkələrdən gələn şəxslər üçün 35 avro olaraq müəyyənləşdirilib.
Qeyd edək ki, "Bavariya" - "Çelsi" matçı avqustun 30-da, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11