baycanda 2012-2013-cü il futbol mövsümünü ?qızıl dubl?la başa vuran ?Neftçi? komandası Çexiya ?Slaviya?sı ilə yoxlama oyunu keçirəcək. Praqa klubunun rəsmi saytının verdiyi məlumata görə, matç iyunun 24-də baş tutacaq. Komandalar Avstriyanın Tsell-am-See məşq bazasında üz-üzə gələcəklər. Qeyd edək ki, ?Slaviya? 2012-2013-cü il mövsümündə Çexiya çempionatını 42 xalla 16 komanda arasında 7-ci pillədə başa vurub. Praqa təmsilçisi vaxtilə Azərbaycan klublarından ?Şəmkir?lə Çempionlar Liqası, ?Karvan?la isə UEFA Kubokunun təsnifat mərhələlərində üz-üzə gəlib. Hər iki halda ?Slaviya? mərhələ adlayıb (lent.az).