9;-2014"ün seçmə mərhələsində növbəti oyunlar keçirilib. F qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə 7-ci matçına çıxıb. Berti Foqtsun komandası doğma meydanda Lüksemburq yığmasını qəbul edib. Səfərdə rəqibi ilə 0:0 bərabərə qalan millimiz bu görüşün əsas favoriti hesab olunsa, oyundan yenə də sülhlə ayrılıb - 1:1. Qeyd edək ki, yığmamız seçmə mərhələdə növbəti matçını sentyabrın 6-da səfərdə İsrailə qarşı keçirəcək.