?Real?ın sabiq baş məşqçisi Joze Mourinyo karyerasını ?Çelsi?də davam etdirəcəyini təsdiqləyib. Portuqaliyalı mütəxəssis ?Punto Pelota?ya müsahibəsində Londona getməyə hazırlaşdığını və bu həftənin sonuna kimi ?Çelsi?nin baş məşqçisi olacağını bildirib. ?Mən hiss edirəm ki, Londonda insanlar məni sevirlər. Təkcə futbolda yox, həyatda da. Həyat gözəl və qısadır. Siz özünüz üçün ən yaxşı olan nədirsə, onu axtarmalısınız? ? deyə Mourinyo vurğulayıb.