II Qəbələ Kuboku Portuqaliyaya getdi; Kəmaləddin Heydərov finalı canlı izlədi
Bu gün 15 yaşadək futbolçulardan ibarət komandalar arasında II Qəbələ Kubokuna yekun vurulub. Turnirin son günündə 4 matç baş tutub. ?Qəbələ? 7-ci yer uğrunda oyunda ?Zenit?lə qarşılaşıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunu penalti seriyasında ?Qəbələ? qazanıb ? 4:2. ?Beşiktaş? isə 5-ci yer uğrunda qarşılaşmada ?Bakı?nı yenib ? 3:1.
3-cü yer uğrunda oyunda ?Barselona? və ?Şaxtyor? qarşılaşıb. Kataloniya təmsilçisi 2:0 hesablı qələbə qazanaraq, üçüncü yerin sahibi olub.
Turnirin final oyununda isə ?Portu? ilə ?Feyenoord? qarşılaşıb. Matçın əsas vaxtı 2:2 hesab ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman 4:2 hesablı qələbə qazanan Portuqaliya klubu II Qəbələ Kubokunun qalibi olub.
Onu da qeyd edək ki, Portuqaliyanın ?Portu? və Hollandiyanın ?Feyenoord? klubları arasındakı oyunu fövqəladə hallar naziri, ?Qəbələ?nin prezidenti Tale Heydərovun atası Kamaləddin Heydərov da canlı izləyib.
Qeyd edək ki, ötən il keçirilən I Qəbələ Kubokunu ?Qalatasaray? qazanmışdı.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11