Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib. Həlledici görüşdə çempion "Neftçi" ilə "Xəzər Lənkəran" qarşılaşıb. Gərgin və maraqlı keşən qarşılaşmada "Neftçi" "Xəzər Lənkəran"ı məğlub etməklə, cənub komandasının uğursuzluq zolağından çıxmasına imkan verməyib. Qeyd edək ki, oyunun əsas hissəsi 0-0 hesabı ilə bitib. Qalib penaltilərlə müəyyənləşib -4:3.