Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.

İclasın gündəliyinə daxil olunan məsələlərdən biri də AFFA-nın Hakimlər Komitəsinin və Hakim-İnspektorlar Komitəsinin struktur dəyişikliyi idi.

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, eləcə də Hakim-İnspektorlar Komitəsinin rəhbəri Əli Hüseynovvəzifəsindən göndərilib.Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirilib, yeni yaradılan komitəyə isə avstriyalı keçmiş FİFA referisi Frits Stuxlik sədr təyin olunub.

Qeyd edək ki, X.Məmmədov hər zaman hakimlərlə aralarında baş verən qalmaqallara görə gündəmə gəlib.