Dövlət Gömrük Komitəsi 2018-ci ilin 8 ayında 6155 qanun pozuntusu aşkar edib.

Bunu mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. S.Mehdiyev bildirib ki, qeyd olunan qanun pozuntularından 458-i cinayət tərkiblidir.

Komitə sədri bildirib ki, bu ilin ilk səkkiz ayında iş adamları tərəfindən elektron gömrük xidmətinə 2 milyondan çox müraciət olunub.

Onun sözlərinə görə, elektron gömrük xidmətinin yaratdığı imkanlar barədə daim sahibkarlarla görüş keçirilir, seminarlar təşkil edilir:

"Tətbiq edilən elektron xidmətlər gömrük prosedurlarını asanlaşdırır, vətəndaş ilə məmur təmasını minimuma endirir".