Mourinyo "Real"la yolunu ayırdı
Madridin "Real" klubu baş məşqçisi Joze Mourinyo ilə yolları ayırıb. Bu barədə klub prezidenti Florentino Peres bu axşam keçirdikləri mətbuat konfransında deyib: "Mourinyo mövsümün sonunda komandadan ayrılacaq. O qovulmayıb. Bu bizim birlikdə verdiyimiz qərardır".
Prezident hazırda hər hansı bir baş məşqçi ilə razılığa gəlmədiyini bildirib.
Qeyd edək ki, Mourinyo 2010-cu ildə "İnter"dən "Real"a transfer edilib. Madrid klubunu çalışdırdığı üç il ərzində portuqaliyalı mütəxəssis bir İspaniya çempionluğunu , ölkə kubokunu və super kubokunu qazanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11